Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qanlı tariximiz-qan yaddaşımız” adlı onlayn ədəbi-bədii kompozisiya keçirilib

20.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 18.01.2023-cü il tarixində 20 Yanvar Ümumxalq hüzn gününün 33-cü il dönümü münasibətilə “Qanlı tariximiz-qan yaddaşımız” adlı onlayn ədəbi-bədii kompozisiya keçirtdi. Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva Azərbaycanın istiqlal yolunun ilk zirvəsi olan 20 yanvar haqqında yazılmış “Şahidlər” kitabını iştirakçılara təqdim etdi. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktor müavini Rasim Alıyev, tarix müəllimi Vəfa Haciyeva, Azərbaycan dili ədəbiyyat müəllimi Mərquşə İbrahimova, psixoloq Qətibə Mustafayeva, Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva və məktəbin şagirdləri, Kəlbəcər rayon 109 saylı orta məktəbin direktor müavini Şikar Baxışov, ibtidai sinif müəllimi Rəna Babayeva və məktəbin şagirdləri, Tovuz rayon 17 saylı tam orta məktəbin tarix müəllimi Firuzə həsənli və məktəbin şagirdləri, Ağdaş rayon Pirəzə kənd məktəbinin şagirdi Oruczadə Ayxan, Gəncə şəhər 26 saylı orta məktəbin IV sinif şagirdi Nuray Məmmədova İgid övladların fədakarlığını məhəbbətlə xatırlayaraq azadlığın, müstəqilliyin, milli iradənin simvolu olan şəhidlər və Şəhidlər xiyabanı haqqında təqdimatlar, şeirlər, bayatılar, ədəbi-bədii kompozisiyalar söyləyərək çıxışlar etdilər. Tədbirin sonunda “Qanlı və şanlı gecə” adlı videoçarx nümayiş edildi.