Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Adını tarixə yazdı Şəhidlər” adlı dəyirmi masa təşkil edilib

20.01.2023

Yanvarın 19-da Gəncə Regional Mədəniyyət İdarəsi  Goranboy rayon Mədəniyyət Mərkəzinin Xoylu  kənd Mədəniyyət Evində  20 Yanvar hadisələri mövzusunda "Adını tarixə yazdı Şəhidlər" adlı dəyirmi masa təşkil edilmişdir.

Tədbirdə Xoylu kənd Kitabxana Filialınının və Qaradağlı kənd Diyarşünaslıq Evinin, Şadılı kənd Kulubunun nümayəndələri iştrak etmişdir.

İlk olaraq torpaqlarmızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anıldı.

Tədbiri giriş sözü ilə Xoylu kənd Mədəniyyət Evinin direktoru Xavər Abdullayeva açaraq bildirmişdir ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin  gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Xavər Abdullayeva Mədəniyyət Evində 20 yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgi haqqında geniş məlumat vermişdir.

Tədbirdə çıxış edən Mədəniyyət işçiləri bildirmişdir ki, 20 Yanvar hadisələrindən illər keçsə də şəhidlərimiz unudulmur və Respublikanın bütün şəhər və rayonlarında  hər il bu tarixdə minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir.

Tədbirdə iştirak edən  şagirdlər vətənpərvərlik mövzusunda şeir parçaları səsləndirmişdilər.

 

105.7 KB