20.01.2023
19 yanvar 2023-cü ildə Goranboy şəhər Uşaq İncəsənət məktəbində 20 yanvar ümumxalq hüzn gününə həsr olunmuş tədbir keçirildi.
Tədbir şəhidləri bir dəqiqəlik sükütla yad edərək,açıq elan edildi.
Tədbirdə Rəssamlıq sinifinin şagirdlərinin 20 yanvar faciəsinə həsr olunmuş əl işləri nümayiş etdirilib.Şagirdlərin ifasında şeirlər səsləndirilib.Xalq Çalğı Alətlər şöbəsinin müdiri Şahin Kərimovun ifasında "Qərənfil" ,kamança müəlliməsi Səbinə Vəliyevanın ifasında №Ədalətsiz kaman",tar müəllimi Fərid Feyzullayevin ifasında "Bayatı şiraz" muğamı səsləndirib.