19.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu zalında 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar “Müstəqilliyə gedən yolun şərəf salnaməsi” adlı anım günü təkil edildi. Tədbirdə 20 Yanvar şəhidlərinin, I və II Qarabağ Müharibəsi şəhidlərinin ruhu 1 dəqiqəlik sükuta yad edildi. Tədbirin təşkilatçısı və aparıcısı Aidə Abdullayeva 20 Yanvar Ümumxalq Hüzn Günü- müdhiş qanlı gecə ilə bağlı çıxış etdikdən sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olundu. Məruzəçi-tarixçi, GDU-nin Ümumi Tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarov, GDU-nin Pedaqoji fakultənin dekanı, alim-şair, 20 Yanvar faciəsinin canlı şahidi olmuş Bayram Apoyev, AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri, Filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, II Qarabağ müharibəsi şəhidi Orxan Namazovun anası Nailə Məmmədova, şair-yazıçı-dramaturq Sahib İbrahimli, nasir, publisist, yazıçı Qərib Mehdi, AYB-Gəncə bölməsinin baş məsləhətçisi Aləmzər Əlizadə, şair Almaz Yusifli, AYB-nin üzvü, şairlərdən İnqilab İsaq, Eltun Türkel, yazıçı Fazil Sənan, ASAN-Gəncə 2 –nin könüllüləri və məsul şəxs Elnur Şabanzadə, Gəncə Regional Kollecinin tələbə və gəncləri iştirak edərək 10 Yanvar faciəsi haqqında geniş çıxışlar edərək şairlər faciə ilə bağlı yazdıqları şeirləri, yazıları ilə çıxışlar etdilər. Gəcə şəhər 17 saylı orta məktəbin şagirdləri 20 Yanvar faciəsini əks etdirən səhnəciklə çıxış etdilər. Tədbirin sonunda iştirakçılar Yanvar faciəsinə aid kitab, dövrü mətbuat, metodiki vəsaitlər, həmçinin faciəni əks etdirən şəkillərdən ibarət sərgi ilə tanış oldular.