Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qərənfil şəhid qanı” başlığı altında kitab sərgisi keçirilib

19.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialında 18.01.2023-cü il tarixində 20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı "Qərənfil şəhid qanı" başlığı altında kitab sərgisi keçirildi.Bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Kitabxanaçı Aidə Abdullayeva bildirdi ki, 20 Yanvar xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi  qalmışdır.1990- cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb.Biz dövlət müstəqilliyimizin bərpası üçün 20 Yanvar şəhidlərinə borcluyuq. İştirakçılar təşkil olunmuş sərgi ilə tanış oldular.

 

161.8 KB