19.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana Sisteminin 1saylı filialı 18.01.2023-cü il tarixində Ümumxalq hüzn günü ilə əlaqədar 6 saylı orta məktəblə birlikdə “Azadlıq yolunun 20 yanvar zirvəsi” adlı ədəbi-bədii kompozisiya keçirdi. İlk növbədə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.1saylı filialin müdiri Məlikova Züleyxa 33 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayət haqqında, onun acı həqiqətlərindən danışdı. 6 saylı məktəbin direktoru Abbasova Vəfa, tarix müəllimi Aygün Həsənova 20 yanvar faciəsi ilə bağlı öz fikirlərini söylədilər. .Məktəbin şagirdləri 20 yanvara həsr edilmiş şeirlər söylədilər, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər, vətən haqqında mahnılar oxudular. Daha sonra tədbir iştirakçıları kitabxanamızda təşkil edilmiş “Azadlıq yolunun 20 yanvar zirvəsi” başlığı altında sərgi ilə tanış oldular. Xalqımız Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladların xatirəsini qəlbində əbədi yaşadacaq.