28.06.2018
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evində Xocalı rayon özünümüdafiə batalyonunun döyüşçüsü, "İgidliyə görə" medalı ilə təltif edilmiş Nəsirov Ramiz Kamal oğlunun həyat və döyüş yolundan bəhs edən "Ümiddən yorulmayanlar" adlı qısametrajlı flimin təqdimatı olmuşdur. Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini Lamiyə Qarayeva layihənin rəhbəri, tanınmış jurnalist, şair-publisist Bəxtiyar Qaracanın layihəsindən geniş məlumat verdi. Daha sonra sözü gedən filimə baxıldı.
Film Ramiz Nəsirovun döyüş yolundan bəhs edirdi. Ramiz Nəsirovun igidliyi, döyüş şücayətləri nəzərə alınaraq 25 fevral 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Ramiz Nəsirov "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Layihənin rəhbəri Bəxtiyar Qaraca cıxışında bildirdi ki, ermənilər bizimlə ideoloji müharibə aparırlar. Bizdə mənfur düşmənlərə döyüşkən, vətənpərvər insanlarmızla cavab verməliyik. Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyəti Başçısı cənab Şahmar Usubova verildi. Şahmar Usubov çıxışının sonunda xocalıların dərdinə şərik olaraq belə filmi hazırladıqlarına görə əziyyət çəkən insanlara minnətdarlığını bildirdi.
Sonda Xocalı rayon məktəblilərinin hazirladığı bədii kompozisiya nümayiş etdirildi.