Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azadlığın 20 yanvar zirvəsi ”adlı kitab sərgisi təşkil edilib

19.01.2023

Gəncə Regional Mədəniyyət Idarəsi Goranboy rayon Mərkəzdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi 17.01.2023- cü il tarixində şəhid Rəsul Atakişiyev adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziya məktəbində 20 Yanvar Hüzn günü ilə əlaqədar "Azadlığın 20 yanvar zirvəsi "adlı kitab sərgisi təşkil edildi. Tədbirdə 20 yanvar şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin Multimedia resurslar üzrə mütəxəssisi Rəbiyə Əliyeva 20 Yanvar şəhidləri haqqında məlumat verərək bildirdi ki, şəhidlərimizin xatirəsi həmişə qəlbimizdə yaşayacaq, 20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz bir tarixdir. Tariximizin şərəf və qəhrəman səhifəsidir.Tədbirin sonunda məktəblilərin iştirakı ilə sərgiyə baxış keçirildi.

 

140.5 KB