Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tarixin şərəf və qəhrəmanlıq” adlı anım günü keçirilib

19.01.2023

18.01.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı Gəncə Dövlət Rəsm Qalereyası və Diyarşünaslıq evi ilə birlikdə 20 Yanvar-Ümumxalq Hüzn günü ilə əlaqədar “Tarixin şərəf və qəhrəmanlıq” adlı anım günü keçirdi. Tədbiri filialın böyük kitabxanaçısı Gülnar Hüseynova açaraq 20 yanvar şəhidlərinin simasında vətən uğrunda canlarından keçən bütün şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edildi. 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq
səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən cinayətdir. Sonra Diyarşünaslıq evinin metodisti Leyla Əliyeva çıxış edərək bildirdi ki, bu il xalqımız
20 Yanvar hadisələrinin 33-cü ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır. Allah bütün Şəhidlərə rəhmət etsin! Daha sonra tədbir iştirakçıları 20 yanvar hadisələrini özündə əks etdirən kitablardan ibarət sərgi və 20 yanvar faciəsini əks etdirən fotolardan ibarət stend ilə yaxından tanış oldular. Tədbirdə Gəncə Dövlət Rəsm Qalereyasının əməkdaşları və kitabxananın fəal oxucuları iştirak etdi.

 

262.1 KB