19.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı kitabxana filialı 18.01.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gerbi haqqında konstitusiya qanununun 30 illiyi ilə əlaqədar " Dövlət atributumuz" başlıqlı söhbət keçirtdi. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Böyük kitabxanaçı Risalə Həsənova iştirakçılara dövlət atributları haqqında məlumat verdi. Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Dövlətinin müstəqilliyinin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansada, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdır. 1991-1992-ci illərdə müxtəlif yeni Gerb layihələri çap olunsada, 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsi müəyyən düzəliş və təkminləşdirilmələrlə Azərbaycan Respublikasının Dövlət Gerbi kimi təsdiq edildi.
Azərbaycan Respublikasının Dövlət Gerbi 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilmişdir.
Tədbirdə Yaradıcılıq evinin kollektivi və kitabxananın oxucuları iştirak edirdi.