19.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzi Qızılhacılı qəsəbə Diyarşünaslıq evində 18 yanvar 2023-cü il tarixdə qəsəbə Diyarşünaslıq evində bir qrup qəsəbə sakinlərinin iştirakı ilə 20 yanvar şəhidlərinin əbədi xatirəsinə həsr olunmuş " Şəhidlik bir zirvədir" adlı dəyirmi masa təşkil edildi. Tədbirdə Diyarşünaslıq evinin drektoru Elşad Qurbanov çıxış edərək dedi ki ,1990-ci il yanvarın 19- dan 20 -nə keçən gecə Azərbaycan xalqının başına görünməmiş müsibət gətirildi.Vətənin azadlığı uğrunda mübarizəyə qalxan torpağına, sərhədlərinə edilən təcavüzə etirazını bildirən silahsız ,günahsız, insalar təpədən dırnağa dək müasir silahlarla silahlanmış sövet qoşunlarının amansız vəhşiliyinin qurbanı oldular.Qızılhacılı qəsəbə sakini Nəzifə Məmmədova çıxış edərək dedi ki, xalqımız iradəsi sayəsində öz arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.Tədbirini sonunda iştirakçılar Diyarşünaslıq evində olan xatirə otağını ziyarət etdilər.