19.01.2023
18.01.2023- cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində 20 Yanvar "Qürur və Qəhrəmanlıq" səhifəsi adlı tədbir keçirildi. Tədbirdə Xocalı rayon Kosalar kənd İcra nümayəndəliyinin əməkdaşları, Xocalı rayon Kosalar kənd müəllim və şagird kollektivi iştirak etdilər. Tədbiri giriş sözü ilə muzeyin direktoru Tofiq Məmmədov açaraq 20 Yanvar qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. 20 Yanvar faciəsi haqqında geniş məlumat verdi. Daha sonra məruzə üçün söz kiçik elmi işçi Mirzalılı Mirəliyə verildi. Sonda məktəb şagirdləri tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirildi və 20 Yanvar faciəsi haqqında film nümayiş etdirildi.