19.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəhər kitabxana filialın təşəbbüsü ilə Goranboy Heydər Əliyev Mərkəzində 18 yanvar 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzinin və Mərkəzi Kitabxananın əməkdaşları ilə birlikdə 20 Yanvar-Ümumxalq Hüzn Günü münasibətilə “Tariximizin Qan Yaddaşı ” adlı anım saatı keçirildi. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin elmi işçisi Şəbnəm Əliyeva açıq elan etdi daha sonra Heydər Əliye Məkəzinin kəküzarı Təranə Axundova və şəhər Kitabxana filialın müdiri Nərgiz Məmmədova o dövrün qanlı günləri haqqında məlumat verdi. Mərkəzi Kitabxanaın müdiri Səidə Abdullayeva 1990-cı ilin canlı şahidi kimi öz təssüratının bildirdi. Tədbir Goranboy rayonunda salınmış 20 Yanvar Şəhidlər Xiyabanının ziyarəti, şəhidlərin şəkilləri vurulmuş löhvə qarşısına, 1-ci və 2-ci Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş igidlərin büstləri önünə qərənfil dəstəsi qoymaqla başa çatdı.