19.01.2023
18 yanvar 2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qızılhacılı qəsəbə kitabxana filialında " Şəhidlik bir zirvədir"adlı dəyirmi masa təşkil edildi. Tədbirdə kitabxananın müdiri Tamaşa Aslanova çıxış edərək dedi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan Xalqının başına görünməmiş müsibət gətirildi. Vətənin azadlığı uğrunda mübarizəyə qalxan, torpağına , sərhədlərinə edilən təcavüzə etirazını bildirən silahsız, günahsız insanlar təpədən dırnağadək müasir silahlarla silahlanmış Sovet qoşunlarının amansız vəhşiliyinin qurbanı oldular. Tədbirdə Qızılhacılı qəsəbə 2 saylı körpələr evinin müəlliməsi Nəzifə Məmmədova çıxış edərək bildirdi ki, öz möhkəm iradəsi sayəsində xalqımız arzusuna çatdı, milli azadlığına qovuşdu.