19.01.2023
18.01.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzində ,Mərkəzi Kitabxana,Rəsm Qalareyasının birgə təşkilatçılığı,YAP Goranboy rayon təşkilatı ,1 və 2 saylı sənətkarlıq klubları,Diyarşünaslıq Tarix Muzeyinin iştirakı ilə qanlı 20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar “Zəfər qələbəmizin ilk qaranquşları” adlı konfrans keçirildi.
Əvvəlcə xalqımızın azadlığı,suverenliyi uğrunda canlarını fəda edən qeyrətli oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Mədəniyyət Mərkəzinin direktoru , 20 yanvar hadisələrinin canlı şahidi Arzu Əliyev açaraq 20 yanvar hadisələri haqqında geniş və ətraflı məlumat verdi.Mərkəzi Kitabxananın xidmət şöbəsinin kitabxanaçısı Ülviyyə Kazımova,Mədəniyyət Mərkəzinin bədii rəhbəri Adilə Məmmədzadə,Rəsm Qalareyasının fond mühafizi İlhamə Qasımova məruzə ətrafı çıxışlar etdilər.Mədəniyyət Mərkəzinin təşkil etdiyi ” 20 yanvar qan yaddaşı ”adlı videoçarx izlənildi.
Sonda Mərkəzi Kitabxananın təşkil etdiyi “Milli iradəmizin zəfər çaldığı gün!” başlıqlı kitab sərgisinə və Rəsm Qalareyasının təşkil etdiyi rəsm sərgisinə baxış keçirildi.