18.01.2023
17.01.2023-cü il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzində GİKM Samux nümayəndəliyinin birgə təşkilatçılığı ilə 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə əlaqədar olaraq "Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası" mövzusunda seminar keçirildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova seminar zamanı gənclərə Ulu Öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti, onun Azərbaycançılıq təfəkkürü və ölkəmiz naminə atdığı mühim addımlar haqqında ətraflı məlumat verilib.