18.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№ - li kitabxana filialı və Gəncə şəhər 32 №-li tam orta məktəb birlikdə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirib. Tədbirdə Gəncə şəhər 32 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Tədbirdə Gəncə şəhər 32 №-li tam orta məktəbin müəllim və 10-cu sinif şagirdləri iştirak ediblər.
Tədbirdən öncə Mərkəzin bələdçisi Sevinc Bədəlova şagirdləri Ulu Öndər Heydər Əliyev Xatirə Muzeyi ilə tanış edib.
Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq, azərbaycançılıq məfkurəsi onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, onun içində – daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.
Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva, 32 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Daşdəmirova və 16№ - li kitabxana filialının kitabxanaçısı öz çıxışlarında bildiriblər ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu Öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Sonda müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb.