Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qurbağanın laylası” nağılının oxu və müzakirəsi keçirilib

18.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı “Nağıl saatı” layihəsi çərçivəsində Teymur Elçinin “Qurbağanın laylası” nağılının oxu və müzakirəsini keçirtdi. Tədbiri 15 saylı filialın kitabxanaçısı Sulaxbin-Elçi Aygün apardı. Nağılın oxusunun qurbağa personajının təqdimatında çatdırılması uşaqlara hədsiz sevinc bəxş etdi. Sonra nağılın uşaqlar tərəfindən daha yaxşı mənimsənilməsi üçün onlarla söhbət apardı və nağılda adı keçən heyvanın quruluşu, balasının necə adlandırıldığı barəsində onlarla sual-cavab etdi. Xoş əhval-ruhiyyədə keçən “Nağıl saatı”nın sonunda kitabxanaçı uşaqlara öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

242.1 KB