Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Heydər Əliyev və Azərbaycançılıq” adl oxucu konfransı keçirilib

18.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 17.01.2023-cü il tarixində Gəncə şəhər Şah İsmayıl Xətayi adına 13 saylı tam orta məktəbin müəllim kollektivi ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycançılıq” adl oxucu konfransı keçirtdi. Tədbirdə Aərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva “Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları-Müqəddəs Amal”, yazıçı İradə Hüseynovanın “Müstəqilliyimizin təminatçısı”, YAP-ın Gəncə Təşkilatının yaradıcılarından biri olan Nəbi Yusifovun “Dünyanın ən ideal tarixi şəxsiyyəti” adlı kitablarını təqdim edərək Ümummilli Lider Heydər Əliyevin sağlığında Mədəniyyətə, kitabxanalara etdiyi diqqət və qayğısından danışdı. Gəncə şəhər Şah İsmayıl Xətayi adına 13 saylı tam orta məktəbin direktoru Gülnar Hüseynova, TİU direktor müavini Rasim Alıyev, TTİÜ direktor müavini Rza Ələsgərov, Azərbaycan dili ədəbiyyat müəllimlərindən Mərquşə İbrahimova, Bahar Məmmədbəyli, tarix müəllimi Ruhiyyə Abbasova, musiqi müəllimi Təranə Hacıyeva Türk və müsəlman dünyasının fəxri, Azərbaycan xalqının qüdrətli oğlu, Dünya siyasətinin nəhəngi və nadir bir şəxsiyyət olan Ümummilli Lider Heydər Əlirza oğlu Əliyev haqqında maraqlı təqdimatlarla çıxışlar etdilər. Tədbirdə məktəbin X sinif şagirdi Asya Həsənovanın hazırladığı “Müstəqil Azərbaycanın memarı-Heydər Əliyev” adlı videoçarx və “Tarixin Azərbaycanlı dahisi” adlı sənədli film nümayiş edildi.

 

68.1 KB