Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qan yadddaşımız” adlı ədəbi-bədii kompozisiya keçirilib

18.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı kitabxana filialı 17.01.2023-cü il tarixində Ümumxalq hüzn günü ilə əlaqədar 34 saylı orta məktəblə birlikdə “Qan yadddaşımız” adlı ədəbi-bədii kompozisiya keçirdi. Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filialın müdiri FiruzəYunusova Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış bu tarixin acı həqiqətlərindən bəhs etdi. Qeyd etdi ki, şagirdləri 20 Yanvar hadisələri haqqında daim məlumatlandırmaq bu silinməz qan yaddaşını nəsildən-nəsilə ötürmək vacibdir. Çünki hər bir azərbaycanlı bu gün sahib olduğu müstəqilliyin, azad və demokratik dövlətdə yaşamağın hansı qurbanlar sayəsində başa gəldiyini unutmamalıdır. Sonra məktəbin müəllimləri Könül Nağıyeva, Xəyalə Qasımova, Nigar Məmmədova söylədilər ki, 20 Yanvar qırğını Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. 33 ildir  Azərbaycan xalqı Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir. Çıxış edən şagirdlər: Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızı heç zaman unutmayacaq, onları daim dərin ehtiramla yad edəcəyik- dedilər. Sonra şagirdlər o gecənin hüznünü ifadə edən vətənimizin qanlı-qadalı tarixinin əks olunduğu şeirlər səsləndirdilər. Tədbirdə şagirdlərin 20 Yanvara həsr olunmuş rəsm və “ Hüzn və şərəf günü” adlı kitab sərgiləri nümayiş olundu.

 

91.8 KB