Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qanlı Yanvar” adlı dəyirmi masa keçirilib

18.01.2023

Yanvarın 17-də Gəncə Regional Mədəniyyət İdarəsi  Goranboy rayon Mədəniyyət Mərkəzinin Qaraçinar kənd Mədəniyyət Evində Şəfəq kənd Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə  "Qanlı Yanvar"  mövzusunda dəyirmi masa təşkil edilmişdir.

İlk olaraq 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anıldı.

 Tədbiri giriş sözü ilə Qaraçinar kənd Mədəniyyət Evinin direktoru Tahirə İmanova açaraq bildirmişdir ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin  gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Tədbirdə çıxış edən Mədəniyyət işçiləri bildirmişdir ki, 20 Yanvar hadisələrindən illər keçsə də şəhidlərimiz unudulmur və Respublikanın bütün şəhər və rayonlarında  hər il bu tarixdə minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edir.

 

94.9 KB