Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şəhidlər unudulmur” adlı dəyirmi masa keçirilib.

17.01.2023

Yanvarın 17-də Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Balakürd kənd Mədəniyyət Evində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş "Şəhidlər unudulmur" adlı dəyirmi masa keçirilib.

Tədbirdə Balakürd Kənd İcra Nümayəndəliyi, Mədəniyyət işçiləri, Kitabxana filialının, Tibb Məntəqəsi və Uşaq Bağçası körpələr Evinin rəhbəri kənd sakinləri iştrak etmişdir.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Balakürd kənd Mədəniyyət Evinin metodisti Elçin Tağıyev 20 Yanvar faciəsinə gətirən proseslərdən, törədilməsindən, nəticələrindən və Ulu öndər Heydər Əliyevin verdiyi qiymətdən, şəhid ailələrinə cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qayğısından bəhs edib.

Bildirib ki, bu gün şəhidlərimizin ruhu şaddır, çünki işğal altında olan torpaqlarımız 44 günlük müharibədə azad edilib.

Çıxış edən natiqlər 20 Yanvar hadisəsini insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri, həmçinin Azərbaycanın şanlı tarixinin, istiqlala gedən yolun təməllərindən biri kimi səciyyələndiriblər.

Bildiriblər ki, şəhidlərimiz azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin rəmzi kimi bundan sonrakı nəsillərin də qəlbində bir qürur mənbəyi olaraq yaşayacaqlar.

 

66 KB