Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İxtira etmək uşaqlara xas xüsusiyyətlərdəndir” başlığı altında disput keçirilib

17.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı 17 Yanvar Beynəlxalq Uşaq İxtirası Günü ilə əlaqədar “İxtira etmək uşaqlara xas xüsusiyyətlərdəndir” başlığı altında disput keçirtdi. Tədbiri 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova apardı. Qeyd etdi ki, müasir dövrümüzdə uşaqların maraq dünyasına aid olan əlamətdar, tarixi günlərdən biri də hər il yanvarın 17-də qeyd olunan “17 Yanvar Beynəlxalq Uşaq İxtirası Günü”- dür. Və bu günün tarixi, dünyada tanınmış bir neçə uşaqyaşlı ixtiraçılar haqqında məlumat verdikdən sonra şagirdlərə masa üzərində qurulmuş interaktiv bir oyun təqdim etdi. Şagirdlərin düzgün qərara gəlmələri üçün onlara yardımçı suallarla müraciət etdi. Aparıcının köməyi ilə məktəblilər qoyulmuş məsələnin düzgün cavabını sadaladılar. Sonra şagirdlər qruplara bölünərək həvəslə müxtəlif əşyalar hazırladılar. Tədbirin sonunda 15 saylı filialın müdir əvəzi şagirdlərə göstərdikləri fəallığa görə öz minnətdarlığını bildirdi, təhsildə və həyatda uğurlar arzuladı.

 

245.5 KB