17.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəhər kitabxana filialı 17 yanvar 2023-cü il tarixdə Goranboy rayon Heydər Əliyev Məkəzində yazıçı,dramaturq Cəlil Məmmədquluzadənin həyat yoldaşı Azərbaycanın Maarifpərvər qadını Həmidə Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə “Maarifpərvər Qadının Xatirələri” adlı söhbət keçirtdi. Söhbəti şəhər kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova açaraq, Həmidə xanım həyat fəaliyyəti haqqında oxuculara məlumat verdi. Goranboy rayon 1№ klubun müdiri Nazilə Kazımova Həmidə xanım haqqında öz təssüratlarını bildirdi. Söhbətin sonunda Heydər Əliyev Mərkəzinin bələdçisi Mətanət Hüseynova Cəlil Məmmədquluzadənin ölümündən sonra yazdığı əsərlərinin çap olunmasından danışdı.