23.06.2018
Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin 2017/2018-ci tədris ilinin yekununa həsr olunmuş hesabat konserti oldu.
Konsertdən əvvəl məktəbin direktoru Ramail Atayev bütün iştirakçıları salamlayaraq tədris ilində məktəbin uğurlarından danışdı.
Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov çıxış edərək Regional İdarənin rəisi Sənan Hacıyevin adından İncəsənət Məktəbinin şagird və pedaqoji kollektivini, dərs ilinin başa çatması münasibəti ilə təbrik etdi.
Sonra dərs ilində fərqlənən müəllimlərə, Mədəniyyət Nazirliyinin xətti ilə keçirilən müsabiqələrdə, eləcə də ümumşəhər tədbirlərində fəal iştirak edən şagirdlərə fəxri fərman və diplomlar təqdim olundu.
Maraqlı musiqi nömrələri ilə təşkil olunmuş hesabat konserti iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.