17.01.2023
Gəncədə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi yad edilib. Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun birinci virse-prezidenti Müzadil Həsənov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Mərasimdə Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsi ziyarət olunub, məzarına tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.