17.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialında 15.01.2023 – ci il tarixində 6 saylı məktəbin 7 a sinif şagirdləri ilə birlikdə “Azərbaycanda birgə yaşamaq mədəniyyəti” başlığı altında söhbət keçirildi.Tədbiri açan 1 saylı filialın böyük kitabxanaçısı Lalə Kərimzadə iştirakçılara Beynəlxalq Tolerantlıq Günü ilə bağlı ətraflı məlumat verdi. Daha sonra 6 saylı məktəbin ədəbiyyat müəllimi Svetlana Bağırova öz çıxışında bildirdi ki, 16 noyabr Beynəlxalq Tolerantlıq günu 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Bu günün təsis edilməsində məqsəd dünyada hamının bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağrışıdır. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər,xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu tədbiri keçirməkdə mədsəd xalqlarıımızın və dinlər arasında dostluq münasibətlərini öz oxucularımız arasında təbliğ etməkdir.Azərbaycan gələcəkdə də digər ölkələrlə bərabər,bu ümumbəşəri dəyərlərin qorunmasına öz töhfəsini verməyə hazırdır.