Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniya məhvə aparan yoldur” başlıqlı informasiya saatı keçirilib

14.01.2023

 Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin 9 saylı filialında 13.01.2023-cü il tarixində narkomaniya və narkobiznesə qarşı mübarizə ilə əlaqədar “Narkomaniya məhvə aparan yoldur” başlıqlı informasiya saatı keçirildi.

 İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Gəncə şəhər 37 saylı məktəbin müəllim və şagirdləri iştirak etdi.

 Kitabxanaçı Nərgiz Məmmədova tədbiri açıq elan etdi. Məktəbin psixoloqu Sevda Mənsimova çıxışında bildirdi ki, orqanizmi məhv edərək insanı ölümə aparan narkomaniya bəşəriyyətin bəlasıdır. Narkotik vasitələrin insanın şəxsiyyətinə, cəmiyyətdəki inkişafına necə təsir etməsindən geniş məlumat verərək həmçinin vurğuladı ki, sağlam düşüncəli insan narkomaniyanın aradan qaldırılması mümkün olmayan fəsadlar törətdiyini dərk etməlidir. 

 

93.7 KB