12.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Şəhər Kitabxana Filialı işçilərinin təşəbbüsü ilə, Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində Goranboy rayon Mərkəzi Kitabxananın və Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə birlikdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə 11 yanvar 2023-cü il tarixdə, “Goranboyda İzim Qaldı ”adlı dəyirmi masa keçirdilər .Dəyirmi masanı giriş sözü ilə Şəhər Kitabxana Filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova açaraq. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti haqqında məlumat verdi və xatirəsi bir dəqiqəlik sükutla yad edildi və çıxış etmək üçün sözü Heydər Əliyev Mərkəzinin muzey bələdçisi Mətanət Hüseynovaya verdi. Mətanət Hüseynova Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının azadlığı üçün keçdiyi çətinliklərdən danışdı. Mərkəzi Kitabxana Xidmət Şöbəsinin Abonoment bölmə müdiri Gülnar Nəcəfova Ulu Öndər Heydər Əliyevin Goranboy rayonuna səfəri zamanı vətəndaşlarla görüşündən məlumat verdi və Ulu Öndər Heydər Əliyev haqqında “Goranboyda İzim Qaldı” adlı kitabının təqdimatı ilə dəyirmi masa başa çatdı.