11.01.2023
10.01.2023-cü il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı 11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günü ilə bağlı "Füsünkar təbiət gözəllikləri" başlıqlı onlayn mövzu gecəsi keçirdi.Tədbiri açan kitabxana filialının müdiri Rahilə Qasımova 11 yanvar Dünya Qoruqları və Milli Parkları Gününün yaranma zəruriyyəti və 1997-ci ildən etibarən qeyd edilməsi haqqında qısa məlumat verdi. Mövzu gecəsində 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühit üzrə məsləhətçisi Elbar İsmayılov, AMEA-nın Gəncə bölməsi elmi işçiləri Humanitar Tədqiqatlar İnstitutunun İncəsənət şöbəsindən Rövşən Hüseynov, Ekologiya şöbəsindən isə Nizami
Nağıyev, 29 saylı tam orta məktəbin UTBR-i Mehriban Allahverdiyeva çıxış etdilər. Çıxış edənlər Azərbaycan təbiətinin füsünkarlığından, ölkəmizdə olan milli parklar, təbiət qoruğu və dövlət təbiət yasaqlıqları haqqında ətraflı məlumat verdilər. Tədbirdə həm də işğal
olunmuş torpaqlarımızda təbii sərvətlərimizin talan edilib, meşələrin kəsilib, yandırılmasından da söhbət açıldı. Dövlət tərəfindən yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və genişləndirilməsi, milli parkların salınması istiqamətində işlər davam etdirildiyi qeyd edildi.
Tədbirdə qoruq və yasaqlıqlardakı qorunan floramız və faunamızın vacibliyi vurğulandı, turizm və ekoturizm üçün ölkəmizdə olan böyük imkanlardan danışıldı. Sonda təbiətimizə, qoruq və yasaqlıqlara aid videoçarx nümayiş etdirildi. Tədbir ekoloji maarifləndirmə, kitabxanalarda ekologiyanın təbliği və vəhşi təbiətin qorunması məqsədi ilə keçirilmişdir