11.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxananın Uşaq şöbəsi 10.01.2023 cü il tarixdə şəhər 1saylı tam orta məktəbində 5 və 6 cı sinif şagirdləri ilə birlikdə Hərbi -Vətənpərvərlik mövzusunda kitabxanamıza yeni daxil olmuş Zahid Xəlilin " Dəmir Yumruq Dastanı", Aybəniz İsmayılovanın " Xarı Bülbül", Humayın Sevincin "Xarı Bülbül" ərsanəsi," Bizim böyük Qələbəmiz"adlı kitablarının bibloqrafik icmalını keçirdilər .Əvvəlcə tədbir haqqında Uşaq şöbısinin müdiri Rəna Məhərrəmova məlumat verdi və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Uşaq şöbəsinin baş kitabxanaçısı Gülər Aslanova çıxış edərək qeyd etdi ki Uşaq yazıçısı Zahid Xəlilin sizə təqdim etdiyimiz "Dəmir Yumruq" kitabı Vətən müharibəsinə həsr olunub,burda 44günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun 44günlük zəfər yürüşünün bədii və publisistik üslubda təqdim olunmasından danışılır.Kitabxanaçı Rəbiyyə Əliyeva Aybəniz İsmayılovanın Xarı Bülbül və Humayın Sevincin" Xarı Bülbül"əfsanələri kitabını məktəblilərə təqdim edərək qeyd etdiki hər iki kitab Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımıza ithaf olunur və Şuşa şəhərinin qədimliyindən Xarı Bülbül gülünün Şuşa şəhərini özünə məskən seçməsindən və oxusanız digər 6maraqlı məlumatları oyrənə biləcəklərini diqqətə çatdırdı."Bizim böyük Qələbəmiz"adlı kitabımız isə tariximizin maraqlı və şanlı səhifəsindən bəhs edir və Qarabağın görkəmli şəxsiyyətləri haqqında ətraflı məlumatlar əldə edəcəksiniz