Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ordumuz xalqımızın qürur mənbəyidir”

25.06.2018

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Goranboy rayon Mərkəzi itabxanası şəhərin 1 saylı klubunda Milli Ordunun yaranmasının 100 illiyi münasibətilə “Ordumuz xalqımızın qürur mənbəyidir” mövzusunda dəyirmi masa keçirdi.

Tədbiri Mərkəzi Kitabxananın Oxu zalının müdiri Sevda Əliyeva açaraq “Ordumuz xalqımızın qürur mənbəyidir” mövzusunda çıxış etdi. Mərkəzi Kitabxananın işçisi Aygün Əliyeva, 1 saylı klubun müdiri Nazilə Kazimova, Goranboy sakini, veteran Cəmşid Finuni, Əziz Bayramov məruzə ətrafı çıxışlar etdilər.

İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gün artıq 20 ildir ki, ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir.

Ümummilli lider Heydər Əliyevin 28 may 1998-ci il tarixli fərmanı ilə 26 İyun – Azərbaycan Silahlı Qüvvələr günü elan edilmişdir.

Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var.