Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qız qalası əfsanəsi

25.11.2017

25.11.2017-ci il tarixdə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində növbəti film günü keçirildi. Film günündə 1978-ci ildə Azərbaycan əfsanəsinin motivləri əsasında rejissor Məsud Pənahlı tərəfindən çəkilmiş “Qız qalası əfsanəsi” çizgi filmi nümayiş olundu. Məqsədimiz uşaqların Azərbaycan filmlərinə olan marağını daha da artırmaqdır.Əvvəlcə şöbə müdiri Ellada Rəhimova tədbir iştirakçılarına Qala haqqında qısa məlumat verdi. Bildirdi ki, hündürlüyü 32 metr olan Qız qalası 1964-cü ildən müzey kimi fəaliyyət göstərır, 2000- ci ildən isə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır. Qala haqqında müxtəlif rəvayətlər mövcuddur. Qalanın adının etimologiyası ilə bağlı müxtəlif fikirlər olsa da, onlardan ən çox üstündə dayanılanı qalanın qızla bağlı əfsanəyə əsasən Qız qalası adlandırılmasıdır.

Uşaqlar həm Qız qalası haqqında məlumatı, həm də filmi maraqla izlədilər.