Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İlin fəsilləri haqqında tapmacalar” adlı sual-cavab keçirilib

10.01.2023

10.01.2023-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi “İlin fəsilləri haqqında tapmacalar” adlı sual-cavab keçirdi. Tədbir Samux rayon M.Ə.Sabir adına 1 saylı lisey məktəbin 5b sinifi ilə birgə keçirildi. Əvvəlcə Venera Məmmədova uşaqlara fəsillər haqqında məlumat verərək bildirdi ki, ilin fəsilləri öz rəngarəng cəhətləri ilə bir-birindən fərqlənirlər. Fəsillər təqribən dörd bərabər hissəyə bölünür, mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür. Baharın gəlişi ilə qarlar əriyir, ətraf yaşıllaşır, gül-çiçəklə bəzənir, sonra yay gəlir. Bağlarda meyvələr yetişir, payız qışa dönür, qar yağır. Beləcə fəsillər bir-birini əvəz edir. Sonra uşaqlar ilin fəsilləri haqqında tapmacaları ardıcıl olaraq söyləyərək cavablandırdılar.

 

127.7 KB