Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şərəfli şəhid ömrü” adlı anım günü keçirilib

10.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana sisteminin 9 saylı filialı 10.01.2023-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Eldar Harun oğlunun anadan olmasının 55 illiyi ilə əlaqədar “Şərəfli şəhid ömrü” adlı anım günü keçirtdi.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik məqamına ucalmış qəhrəman oğullarımızın əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edildi.

Filial müdiri Səkinə Hacıyeva tədbiri açıq elan etdikdən sonra Azərbaycanın Milli Qəhrəmanı Eldar Məmmədovun həyat və döyüş yolu haqqında məlumat verdi. Daha sonra çıxış edən Gəncə şəhər 37 saylı orta məktəbin tarix müəllimi Əfsanə Məmişova qeyd edərək bildirdi ki, onilliklər keçsədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlar insanların yaddaşlarından silinməyəcək. Yaşadığı torpağı uğrunda canını qurban verən bütün vətən övladları kimi Eldar Məmmədov da igidlik nümunəsi olaraq hər zaman xatirələrdə qalacaqdır. Kitabxananın fəal oxucuları Əli Məmmədzadə, Elşən Məmmədov şəhidlər haqqında şeirlər söylədilər.
 

 

169.9 KB