10.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 9.01.2023-cü il tarixdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən II Qarabağ Vətən müharibəsində şəhid olmuş İlkin Məmmədovun anadan olmasının 30 illiyi ilə bağlı "Şəhidlik- şərəf, qeyrət, ucalıq zirvəsidir" başlıqlı anım günü keçirdi. Tədbirdə ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə kitabxanaçı Səriyyə Abbasova şəhid İlkin Məmmədovun qısa lakin mənalı həyat və döyüş yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Kitabxanaçı onuda qeyd etdi ki, İlkin Məmmədov Gəncənin qəhrəman oğullarındandır. Tədbirdə tarix müəllimi Arifə Abbasova II Qarabağ Vətən müharibəsində qəhrəmanlıq göstərən hər bir vətən oğlunun xatirəsi bizim yadımızda əbədi olaraq qalacağını söylədi.Azərbaycan əsgəri öz qanı bahasına işğal olunmuş torpaqlarımızı azad etdi. Adlarını Azərbaycan tarixinə qızıl həriflərlə yazdılar. 19 və 24 saylı tam orta məktəbin şagirdləri vətənə, qəhrəmanlığa aid şeirlər söylədilər. Sonda İlkin Məmmədova həsr edilmiş videoçarx nümayiş etdirildi.