09.01.2023
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 06.01.2023-cü il tarixində Azərbaycan sərkərdəsi dövlət xadimi , Gəncə xanlığının sonuncu hökmüdarı Cavadxan haqqında “Qəhrəmanlıq zirvəsi-Cavadxan”adlı tematik konfrans keçirtdi. Tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. MKS-nin 19 saylı kitabxana filialının müdiri Elza Əliyeva tədbiri açıq elan etdikdən sonra Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin direktoru Gülnara Hüseynova, tarix müəlliməsi Vəfa Hacıyeva , təlim tərbiyə işləri üzrə direktor müavini Rasim Alıyev, Azərbaycan dili ədəbiyyat müəlliməsi Mərquşə İbrahimova, ibtidai sinif müəlliməsi Fidan Musayeva, psixoloq Qətibə Mustafayeva, Uşaq Birliyi Təşkilatının rəhbəri Qənifə Nağıyeva, Gəncə Yazıçılar birliyinin baş məsləhətçisi şairə Aləmzər Əlizadə və məktəbin şagirdləri Azərbaycan sərkərdəsi dövlət xadimi , Gəncə xanlığının sonuncu hökmüdarı Cavadxan haqqında maraqlı çıxışlar etdilər.