Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ulu Gəncə” başlıqlı kitab sərgisi təşkil edilib

09.01.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 09.01.2022-ci il tarixdə diyarşünaslığın təbliği məqsədilə "Ulu Gəncə" başlıqlı kitab sərgisi təşkil etdi. Böyük kitabxanaçı Günel Əliyeva şagirdlərə Gəncənin tarixi keçmişindən məlumat verdi. Qeyd etdi ki, Gəncə bizim vətənimiz olduğu halda həm də qədimiliyi ilə başqa şəhərlərdən seçilmişdir.Gəncə Azərbaycanın qədim və müqəddəs güşəsidir.Gəncə xanlığının paytaxtı kimi də tanınan Gəncə, Azərbaycan sahəsinə görə ikinci, əhalinin sayına görə isə üçüncü şəhəridir. Gəncə şəhəri Azərbaycan mədəniyyətində də böyük rol oynamışdır. Bu şəhər Məhsəti Gəncəvi və Nizami kimi böyük şairlər yetişdirmişdir.Gəncə iranlılar və ərəblər tərəfindən dağıntılara məruz qalmışdır.Gəncə şəhərində qısa müddətinə yaradılmış müstəqil Azərbaycanın müvəqqəti paytaxtı olmuşdur. Tarixdəki dəyişikliklər, həmçinin şəhərin adına da təsir etmişdir.Gəncədə turistlərin diqqətini cəlb edəcək tarixi abidələr və təbiət mənzərələri çoxdur.Məlumatın ardından şagirdləri maraqlandıran suallar kitabxanaçı tərəfindən cavablandırıldı və sərgidə Gəncənin tarixini özündə əks etdirən kitab sərgisiylə yaxından tanış oldular. Tədbirdə kitabxananın fəal oxucuları ilə yanaşı bir sıra məktəbin şagirdləri də iştirak etdi.

 

160.7 KB