Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan deyiləndə ayağa dur ki”

25.06.2018

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 saylı kitabxana filialında 21 iyun 2018-ci il tarixdə Cümhuriyyətin 100 illiyi münasibətilə “Azərbaycan deyiləndə ayağa dur ki” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə “N” saylı hərbi hissənin zabit və əsgərləri iştirak edirdi.

Tədbiri kitabxananın böyük kitabxanaçısı Mirvari Cəfərova açaraq iştirakçıların salamladı və qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi respublikamızda çox təntənəli şəkildə qeyd edilir. Bu münasibətlə kitabxanamızda müxtəlif mövzuda tədbirlər keçirilir.

“N” saylı hərbi hissənin mayoru Natiq Qafarov çıxışında bildirdi ki, hər zaman fəxr etmək üçün keçmişə boylanırıq, amma yaxın tarixin ən gözəl dövrü dövlətin dünyada ilk dəfə olaraq sülalə deyil, əbədi, əzəli torpaqlarının adı ilə adlanması oldu.

Əsgər Həsənli Azər Yusif oğlu Azərbaycan şairi Məmməd Arazın “Azərbaycan deyiləndə ayağa dur ki” şeirini söylədi. Tədbirin sonunda kitabxananın müdiri Lyudmila Axundova tədbir iştirakçıların öz təşəkkürünü bildirdi və qeyd etdi ki, “Yaşasın Azərbaycan adını yaşadan Azərbaycan dövləti”, nə yaxşı ki, Azərbaycan dövət olaraq vardır və həmişə də var olacaqdır.