Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Həmrəy müəllimlər” adlı intellektual bilik yarışması keçirilib.

30.12.2022

29.12.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni ilin gəlişi münasibətilə "Həmrəy müəllimlər" adlı intellektual bilik yarışması keçirilib.
Tədbir GİKM-nin Samux nümayəndəliyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Samux təhsil sektorunun təşkilatçılığı və Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin və MİHİ-nin Samux rayon Komitəsinin dəstəyi ilə  təşkil olunub.
Tədbirdə ilk öncə İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra Dövlət Himnimiz səslənərək tədbir açıq elan olunub.
İntelektual bilik yarışında hər komanda 4 nəfərdən ibarət olmaqla, 30 məktəb iştirak edib.
Qaliblər.
1- ci Yer -Samux rayon Yenikənd tam orta məktəbi​ 1- ci Komandası.
2- ci Yer- Qovlarsarı kənd tam orta məktəbi.
3-cü Yer - Yenikənd kənd orta məktəbinin 2-ci komandası.
     İntellektual yarışın sonunda qaliblərə Samux rayon Mədəniyyət Mərkəzi və MİHİ-nin Samux rayon Komitəsi tərəfindən  kubok və diplomlar təqdim edilib.

 

117 KB