30.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialında 30.12.2022- ci il tarixində II Qarabağ müharibəsi şəhidi Nağıyev Şahlar Nüsrət oğlunun anadan olmasının 35 illiyi ilə əlaqədar "Şəhidləri unutmayaq, unutdurmayaq" başlığı altında anım günü keçirilmişdir.Tədbiri kitabxanaçı Aidə Abdullayeva açıq elan etdi və bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Sonra o, Şahların bioqrafiyası haqqında qısa məlumat verdi.
Söz təəssüratlarını bölüşmək üçün onun döyüş dostu Orxan Cəfərova verildi.
Tədbirdə iştirak edən şəhidin qohumu Tamara Məmmədova Şahlar Nağıyevin 2020- ci il oktyabrın 2- də Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə həlak olmasından danışdı.Şəhid Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Gənc oxucumuz Aydan Kərimova söz alaraq bildirdi ki, bütöv Azərbaycan xalqının fəxri olan bu oğulları nə unutmağa, nə də unutdurmağa haqqımız yoxdur və bu səpkidə tədbirlərin tez- tez keçirilməsi təklif olundu.