30.12.2022
30.12.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Mədəniyyət Evində Qaraçinar kənd Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibəti ilə "Zəfərdən doğan Həmrəyliyin mübarək Azərbaycan" adlı tədbir keçirilmişdir.
Tədbirdə Mədəniyyət evləri və Şəfəq Qaraçinar kənd kitabxana filiallarının əməkdaşları, uşaq bağçası və körpələr evinin körpələri, məktəblilər iştrak etdilər.Tədbirdə çıxış edən Şəfəq kənd mədəniyyət evinin direktoru Samirə Kazımova balacaları bayramlar münasibəti ilə təbrik edərək arzularını çatdırmış, və qeyd etmişdir ki, ölkə prezidenti İlham Əliyevin və birinci vitse prezident Mehriban Əliyevanın uşaqlara, yeni nəslə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir.