Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tara vurğun sənətkar” adlı musiqi gecəsi keçirilib

29.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 və 22 saylı kitabxana filialları 28.12.2022-ci il tarixində Azərbaycan xalq artisti, ustad tarzən Əhməd Bakıxanovun anadan olmasının 130 illiyi ilə əlaqədar "Tara vurğun sənətkar" adlı musiqi gecəsi keçirtdi. Əvvəlcə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Tədbiri  böyük kitabxanaçı Nahidə Əliyeva açaraq, Əhməd Bakıxanovun həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.

 Tədbirdə iştirak edən  4 saylı musiqi məktəbinin kamança müəlliməsi Aynur Oruci qeyd etdi ki, Əhməd Bakıxanov çoxşaxəli yaradıcılığı ilə Azərbaycan musiqi sənəti xəzinəsini zənginləşdirib. Muğamın mükəmməl bilicisi kimi xalqımızın bu qədim mədəni - mənəvi mirasını qoruyub yaşadıb. Sonra məktəbin qarmon müəllimi Allahşükür Əliyev Əhməd Bakıxanovun  ifa etdiyi muğamları , eləcə də bəstələdiyi mahnı və təsnifləri parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunu təşkil etməsindən danışdı. O, həmçinin vurğuladı ki,  musiqi salnaməmizə parlaq səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.

  22 saylı kitabxana filialının böyük kitabxanaçısı Aynur Abbasova öz növbəsində bildirdi ki, sənətkarın bəstələdiyi əsərlər gözəl sənət nümunələri kimi daim musiqi tariximizdə qalacaqdır. 

 Sonda 4 saylı musiqi məktəbinin şagirdləri  Ayan Fərzəlizadə, Fidan Zöhrabova, Tubanur Məmmədova - Əhməd Bakıxanovun bəstələdiyi   "Dilbərim", "Cahargah təsnifi" və  bir neçə muğamları ifa etdilər.

Tədbirdə kitabxananın oxucuları, 4 saylı musiqi məktəbinin müəllim və şagird kollektivi iştirak edirdi

 

109.2 KB