Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Müasir və qədim Gəncəm” başlıqlı söhbət keçirilib

29.12.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı kitabxana filialı 28.12.2022-ci il tarixdə Qədim, Ulu Gəncənin adının qaytarılması münasibətilə "Müasir və qədim Gəncəm" başlıqlı söhbət keçirdi.Tədbir iştirakçıları Gəncə şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Söhbətdə kitabxanaçı Səriyyə Abbasova Gəncənin adının bir neçə dəfə dəyişdirildiyini qeyd etdi və Gəncənin tarixi haqqında iştirakçılara ətraflı məlumat verdi. 1989-cu il dekabr ayının 30-da Azərbaycan ziyalılarının səyi və xalqın istəyi nəticəsində Gəncə adı yenidən bərpa olunmuşdur. Tarix boyu azadlıq, istiqlaliyyət uğrunda mübarizə aparan, qurbanlar verən qədim və qəhrəman Gəncənin adının özünə qaytarılmasından 33 il keçir. İgid və mərd gəncəlilər illərlə Gəncənin adının özünə qaytarılmasına çalışıblar. Gəncə hər zaman regionun mərkəzi kimi tanınıb. Hər zaman başı çox bəlalar çəkmiş bu şəhər Azərbaycan Cümhuriyyətinin ilk addımlarına ev sahibliyi edən paytaxt olub. Bu gün prezident İlham Əliyevin qayğısı sayəsində yeni intibah dövrünü yaşayan Gəncə elm, mədəniyyət mərkəzi olaraq Azərbaycanın ikinci şəhəri, dünya miqyasında tanınır, davamlı qələbələrə, zəfərlərə imza atır, qədimliyi, müasirliyi və gözəlliyi ilə bu möcüzəli diyara gələnləri heyran edir. Sonda məktəblilər Gəncəyə həsr edilmiş şeirlər söylədilər.

 

108.5 KB