25.06.2018
25.06.2018-ci il tarixində MKS-nin 2 saylı kitabxana filialında Azərbaycan Silahlı Qüvvələr gününün yaradılmasının 100 illiyi ilə əlaqədar olaraq “Dövlətin dayağı” başlıqlı tədbir-söhbət keçirildi. Filialın böyük kitabxanaçısı Kifayət Məmmədova Milli Ordunun yaranması tarixindən ətraflı məlumat verdi. Qeyd etdi ki, 26 iyun tariximizin əlamətdar səhifələrindən biri - Azərbaycan Milli Ordusunun yarandığı gündür. 1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk milli diviziyanın və Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etmişdir. Milli Ordunun yaranması Azərbaycan xalqının milli dövlətçilik və milli özünütəsdiq tarixinin ən önəmli mərhələlərindən biri idi. Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıdandan sonra ölkədə gerçək ordu quruculuğuna başlanmışdı. Sonra kitabxanaçı Aynur Abbasova qeyd etdi ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Biz inanırıq ki,ordumuz işğal olunmuş ərazilərimizi düşməndən azad edəcək,ölkəmizin ərazi bütövlüyünü qoruyacaqdır.
Tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli Liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri günü kimi qeyd edilir. Tədbirdə filialın oxucuları iştirak edirdilər.