Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə şəhər Uşaq İncəsənət Məktəbində “Yeni il” adlı konsert keçirilib

29.12.2022

28 dekabr 2022-ci il tarixdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbində fortepiano şöbəsinin 1-ci sinif şagirdlərinin “Yeni il” adlı konserti keçirildi. Balaca fidanlar öz ilk çıxışlarında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini böyük həvəslə ifa etdilər.Konsert proqramında Fikrət Əmirovun, Əşrəf Abbasovun, Tofiq Quliyevin, Pyotr Çaykovskinin, Mixail Qlinkanın və digər bəstəkarların əsərləri səsləndi.

Sonda məktəbin direktoru Təvəkgül Hüseynli şagirdləri səhnədə ilk çıxışları ilə bağlı təbrik etdərək onlara gələcəkdə ugurlar arzu etdi.

 

175.2 KB