Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Həmrəy Xalqın Yeni İli” mövzusunda dəyirmi masa keçirilib

28.12.2022

27 dekabr 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana və Şəhər Kitabxana filialının birgə təşkilatçılığı ilə  "Həmrəy Xalqın Yeni İli" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdən ilk öncə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin elmi-işçisi Şəbnəm Əliyeva əvvəlcə tədbir iştirakçılarını bu gün münasibətilə təbrik etdi və 1991-ci ildə Naxçıvanda Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunmasından danışdı. Mərkəzi Kitabxananın metodisti Sevinc Aşralıyeva, Şəhər Kitabxana filialının multimedia mütəxəssisi Kəmalə İsmayılova mövzu ətrafında çıxışlarını davam etdilər. Sonda Mərkəzi Kitabxananın təşkil etdiyi kitab sərgisinə baxış keçirildi. Mərkəzi Kitabxananın Abonoment şöbə müdiri Gülnar Nəcəfova müəllifi Ziya Yusifzadə olan " Böyük insan" adlı kitabın təqdimatını etdi.

 

100.9 KB