Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Açıq Kitabxana”

25.06.2018

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında 25 İyun 2018-ci il tarixində ”Açıq Kitabxana” layihəsi çərçivəsində sərgi təşkil edilmişdi. Sərgidə 325 adda kitab nümayiş etdirildi.

Sərgidə Ümummilli lider Heydər Əliyevə, tariximizə, vətənpərvərliyə, milli-mənəvi dəyərlərə, eyni zamanda uşaqlar üçün yazılmış kitablar da nümayiş olundu. Oxuculara açıq havada kitab oxumaq və kitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradıldı.

Kitabxananın müdiri Atlas Cəfərova müasir dövrdə uşaq və yeniyetmələrin kitabı sevməyə, mütaliəyə marağının artmasına səbəb olan belə tədbirlərin tez-tez keçirilməsinin zəruri olduğunu qeyd etdi.

“Açıq Kitabxana” layihəsinin keçirilməsi oxucular tərəfindən rəğbətlə qarşılandı