28.12.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsində 27.12.2022-ci il tarixində “Dünyanı nağıllarla sevək” başlığı altında nağıl saatı təşkil olundu. Şöbənin kitabxanaçısı Nərmin Qasımova uşaqları salamladı və qeyd etdi ki, nağıllar vasitəsilə uşaqlar zülmə qarşı mübarizəni, düzgünlüyü, dostluğu, yaxşını pisdən ayırmanı, haqqın nahaqq üzərində qələbə çalmasını, nağıldakı qəhrəmanların hər cürə çətinliyə sinə gələrək, sonda qələbə çalmasını və s.keyfiyyətləri öyrənirlər.
Sonra balacalara “Kirpinin nağılı” və “Dəcəl dəvə balası” nağlllarını oxudu.
Böyük maraqla nağıla qulaq asan uşaqlar yeni eşitdikləri nağılları diqqətlə dinlədilər. Nağılı necə mənimsədiklərini bilmək üçün uşaqlara nağıl haqqında suallar verildi. Böyük canlanma ilə keçən nağıl saatı gözəl əhval-ruhiyyə ilə sona çatdı.Nağıl saatında 31 №-li Uşaq Baxçasının uşaqları iştirak etdilər.