28.12.2022
27 dekabr 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər uşaq musiqi məktəbi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan poeziyasının klassiki Nizami Gəncəvinin 881 illiyinə həsr edilmiş tədbir keçirilib.
İlk öncə Heydər Əliyev mərkəzinin direktoru Faiqə Ağayeva Ulu öndər Heydər Əliyevin Nizami poeziyasına olan maraq və diqqətindən, eyni zamanda şairin həyat yolundan bəhs edib. Sonra məktəbin müəllimi Ceyhunə Tanrıverdiyeva fars dilli epik poeziya janrına danışıq dili və realistik stil gətirmiş görkəmli şair Nizami Gəncəvinin müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvi ilə tarixə daxil olmağından,onun əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması haqqında çıxış edib.
Sonda məktəbin şagirdlərinin ifasında dahi şairin qəzəlləri dinlənilib və onun sözlərinə yazılmış əsərlər ifa olunub.